Dəhşətli kadrlar: Güclü külək təyyarəni enməyə qoymadı

09.02.2019 | 89 | 0

“British Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi güclü külək səbəbindən Londondakı “Hitrou” hava limanında eniş edə bilməyib.


Oxu24.com Azvision.az -a istinadən   xəbər verir ki, “Big Jet TV”də yayımlanan kadrlarda pilotların, demək olar ki, təyyarəni yerə endirməyə müvəffəq olduqları, lakin güclü küləyin bu prosesi başa çatdırmağa imkan vermədiyi görünür. Nəticədə, şiddətli küləyə qalib gələ bilməyən təyyarə yenidən havaya qalxmağa məcbur olub. 


Qeyd edək ki, həftəsonu Böyük Britaniyada “Erik” qasırğası tüğyan edir. Sinoptiklərin proqnozuna görə, bəzi regionlarda küləyin sürəti saniyədə 31 metrə çata bilər. 

Nə düşünürsən?