Gəncədə dəmir köşk qadının üstünə aşıb

  • 08.02.2019
  • 0

Gəncədə dəmir köşk qadının üstünə aşıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Qəmərli küçəsində olub.

Mişar daşlarının üzərinə qoyulan dəmir köşk şəhər sakini 46 yaşlı Aytəkin Qəhrəmanovanın üzərinə aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadına yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?