10 yaşlı qıza intim mesajlar göndərən kişini belə yaxaladılar

  • 08.02.2019
  • 0

Türkiyənin Bartın bölgəsində sosial şəbəkədə uşaqlara intim mesajlar göndərən 41 yaşlı fermer həbs edilib.

AzNews.az xəbər verir ki, 10-15 yaşlı uşaqlara dostluq sorğusu göndərən S.U. daha sonra onlara çılpaq görüntülərini yollayıb. Bir həftə əvvəl isə o, Kocaeli bölgəsində yaşayan 10 yaşlı S.Y.-ya çılpaq fotolarını və videosunu göndərib və ondan da soyunmasını istəyib.

Azyaşlının valideynləri onun hərəkətlərində dəyişikliklər hiss edib. Övladlarının sosial media hesablarını yoxlayan ana və ata şoka düşüblər.

Qarşılarına çıxan çılpaq fotoların sahibindən polisə şikayət edən valideynlər onun həbsinə nail olublar. Araşdırmalar zamanı məlum olub ki, 41 yaşlı kişi başqa azyaşlı uşaqlara da bu tipdə mesajlar göndərib.

Nə düşünürsən?