Azərbaycanlı məmu canlı yayım açdı:Rekor sayda adam girdi

08.02.2019 | 556 | 0

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Facebook”da canlı yayımla gördüyü işlər barədə hesabat verib, eyni zamanda, vətəndaşların suallarını cavablandırıb.

Oxu24.com  xəbər verir ki, DMX rəisi bir saatdan çox vaxt ərzində sosial şəbəkə istifadəçilərilə ünsiyyətdə olub, onları maraqlandıran müxtəlif suallara cavab verib. 


Qeyd edək ki, Vüsal Hüseynovun təşəbbüsu sosial şəbəkə istifadəçilərinin böyük rəğbətilə qarşılanıb və şərh yazanların çoxu bu addımı alqışlayıblar.


Canlı yayıma 20.000-ə yaxın insan baxıb ki, bu da Azərbaycanda sosial şəbəkə yayınları üçün indiyə qədər görünməmiş yüksək göstərici sayıla bilər. Bundan başqa, canlı yayıma 1000-dən çox bəyənmə gəlib, 245 nəfər onu paylaşıb, 525 nəfər isə şərh yazıb. 

Nə düşünürsən?