Klubumuzla bağlı bu klip rekord qırır

  • 08.02.2019
  • 0

Təbrizin “Traktor” futbol komandasına həsr olunmuş klip təqdim edilib.

Kult.az xəbər verir ki, “Traktor” adlı mahnının söz və musiqisinin müəllifi Elman İbrahimidir.

Klipdə güneyli müğənni və aktyorlarla yanaşı, xalq artisti Gülyanaq Məmmədova, xanəndə Rövşən Əziz də yer alıb.

Klipin çəkilişləri Bakıda baş tutub.

Qeyd edək ki, o taylı-bu taylı Azərbaycanın mənəvi birliyini təcəssüm etdirən klip qısa müddət ərzində sosial şəbəkələrdə minlərlə insan tərəfindən izlənilib.

Nə düşünürsən?