Azərbaycanda qadın müğənni yol qəzasında öldü

  • 07.02.2019
  • 0

Qax rayonunda yol qəzasıbaş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolununrayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin -1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü,1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?