Argentinalı futbolçunun qəzaya uğradığı təyyarədən cəsəd tapılıb

  • 07.02.2019
  • 0

Argentinalı  futbolçu  Emiliano  Salanın qəzaya uğradığı təyyarədən cəsəd aşkarlanıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Press Association  Aviasiya Hadisələrinin İstintaqı Komissiyasına (AIBB) istinadla xəbər verib. 

Təyyarədə futbolçudan əlavə pilot Devid İbbotson da olub.

Tapılmış cəsədin identifikasiyası hələ aparılmayıb.

Argentinalı futbolçu Emiliano Salanı  Fransadan İngiltərəyə apararkən radarlardan itən  PA 46 Malibu yüngülmotorlu təyyarənin qalıqları fevralın 3-də La Manş boğazında aşkarlanıb. FaktXeber.com-un verdiyi məlumata görə, Salanın ailəsi tərəfindən maliyyələşdirilən axtarış-xilasetmə əməliyyatlarının rəhbəri  David Mearns bu barədə  sosial şəbəkədə xəbər verib.

«Emiliano  Sala ilə pilot  David İbbotsonun olduğu təyyarənin  qalıqları FPV MORVEN axtarış gəmisi tərəfindən aşkarlanıb», - deyə Mearns Tvitterində bildirib.

Xatırladaq ki, Fransa yığmasının ən yaxşı bombardirlərindən olan 28 yaşlı  Sala yanvarın 19-da  Premyer Liqa  heyəti tərəfindən Cardiff City-ə transfer olmuş və 2 gün sonra  yeni komandasına qatılmaq üçün xüsusi təyyarə ilə yola düşmüşdü. Lakin uçuşdan sonra təyyarə radarlardan itmişdi. Sonrakı 3 gündə axtarış xilasetmə əməliyyatlarına başlanılsa da, əlverişsiz hava şəraiti ilə bağlı dayandırılmışdı. Ötən həftə isə Salanın ailəsi öz maliyyələri ilə ötən həftə axtarış-xilasetmə əməliyyatlarına başlatmışdılar.

Emiliano Salanın uçduğu qalıqları fevralın 3-də AIBB və argentinalı futbolçunun ailəsi tərəfindən kirayələnmiş özəl kompaniya tərəfindən aşkarlanmışdı.

Nə düşünürsən?