Qaydanı pozan sürücünün həzin sonu

06.02.2019 | 50 | 0

Bakıda qaydaları kobud şəkildə pozan 90 FM 020 dövlət nömrə nişanlı, “KİA” markalı avtomobilin görüntüləri Avtosfer.az-ın oxucuları tərəfindən çəkilib. Belə ki, sürücü əvvəl ötmə edir, ardınca qarşıda dairəvi hərəkətin olduğunu bilə-bilə qarşı yola çıxır və digərləri üçün təhlükə yaradır. Amma sürücünün bu hərəkətləri ona baha başa gəlir. Çünki dairəni keçən kimi YPX əməkdaşları onu saxlayır. Yəqin ki, ya “evdə xəstəsinin olduğunu”, ya da “məşqə gecikdiyini” deyəcək. Amma cərimədən yaxa qurtara bilməyəcək. Videonu təqdim edirik:

Nə düşünürsən?