Bakının bu hissəsində yol 1 ay bağlı olacaq

  • 05.02.2019
  • 0

Paytaxtın Nobel prospektində avtomobillərin hərəkəti bir aya yaxın müddətə məhdudlaşdırılacaq. Buna səbəb prospektin üzü şəhər istiqamətində yolun çökən hissəsində qrunt-bərkitmə işlərinin görülməsidir.

Xezerxeber.az-ın məlumatına görə, "Azərsu" Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, Bakıda yaranan tullantı sularının 30 faizdən çoxunu kənarlaşdıran Sahil kollektorunun Nobel prospektində yerləşən 11 saylı texnoloji şaxtasının və kollektorun təhlükəsizliyini təmin etmək, eləcə də prospektdə avtomobil yolunda çökmənin qarşısını almaq üçün ərazidə əlavə işlərin görülməsinə qərar verilib. Bu çərçivədə çökmənin səbəbinin araşdırılması, kollektorun və texnoloji şaxtanın texniki vəziyyətinin kompleks qiymətləndirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Sukanal Elmi Tədqiqat Layihə İnstitutunun, eləcə də bu sahədə ixtisaslaşmış özəl şirkətlərdən birinin mütəxəssisləri cəlb edilib.

Hərəkətin məhdudlaşdırılması zamanı paralel olaraq həmin prospektdə "Azərsu" Açıq Səhimdar Cəmiyyəti tərəfindən digər işlər də həyata keçiriləcək.

Aidiyyəti dövlət qurumlarının razılığı əsasında tikinti işlərinə yaxın günlərdə başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi 23 dekabr 2018-ci il tarixində baş verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?