Qırmızı rəngin insan həyatına mənfi və müsbət təsirləri

  • 29.01.2019
  • 0

Bayram və şənlik mənasını verən bu rəng texniki baxımdan ən çox görünən olmasada daha yaxından görünən xüsusiyyətə malikdir və ilk növbədə gözəçarpandır. Elə bu səbəbdən qırmızı rəng dünya üzərində işıqforda əks etdirilərək yol hərəkətinin dayandırılması lazım olduğunu göstərir. Bundan savayı dəyərli izləyicilərim bu qırmızı rəngin diqqəti cəlb etdiyi üçün bəlkə fikir vermisinizsə bir çox xanımlar xüsusi günlərində, bayramlara, şadlıqlara və festivallara məs elə bu rəngdə olan geyimlərindən istifadə edirlər. Qırmızı rəng həmdə insanların zamanı unutmağına yol açır. Buna görədə, barlarda və gecə kulublarında daha çox bu rəngə rast gəlinir. Haqqında danışılması bitməyən bu rəng sağlamlıq baxımından, arqanizmə stimullaşdırıcı təsir göstərərək, maddələr mübadiləsini və  tənəffüz tezliyini artırır, eləcədə qan təzyiqini yüksəldir. Bəzi hallarda bu rəng bizdə qəzəb hissini oyadaraq hətda baş ağrısına da səbəb ola bilir. Qırmızı rəng həmçinin insanlarda iştah hissini oyadır və bəlkə təsadüf etmisinizsə qida sektorlarında bir çox məşhur firmalar reklamlarında məs elə bu rəngdən istifadə edillər. Bu rəngi sevən insanlar liderliyə və qalib gəlməyə meyillidirlər. Həyəcanı, hərəkəti və adrenalini sevən, həmçinin həmişə diqqət mərkəzində olmağa çalışan insanlar bu rəngi seçərlər. Bu tipli şəxslər.. çox nadir hallarda vicdan əzabı çəkirlər, ona görə də onları nahaq yerə tənqid etməyin, səhvlərini boyunlarına almaq əvəzinə əsəbiləşəcəklər. İstənilən məşğuliyyəti hobbilərinə çevirə bilərlər. Nə qədər əsəbləşsələr belə, kin saxlamırlar. Əksinə tez soyuyub bağışlayıb, barışırlar. Həyatı çox sevirlər, arzularının yerinə yetməsinə demək olar ki, həmişə nail olurlar. Güclü emosiyalar yaradan bu rəng - fiziki cəsarət, güc, enerji, istilik, həyəcan, xəbərdarlıq, ehtiras, məhəbbət və qəzəb rəmzidir.

Video: "Saglam Yasayaq" kanalı

Nə düşünürsən?