Maaşı gecikən işçi müdirdən belə qisas aldı

  • 23.01.2019
  • 0

İngiltərədə yerli tikinti şirkətinin fəhlənin məvacibini kəsməsi onu bərk qəzəbləndirib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, fəhlə otelin tikintisi başa çatandan dərhal sonra binanı ekskavatorla dağıdıb. Fəhlə tikintisində özünün də iştirak etdiyi otelə 30 dəqiqə ərzində ciddi ziyan vurub.
Əraziyə polisin gələcəyindən xəbər tutan şəxs, aradan çıxıb. Onun axtarışları davam edir.

Nə düşünürsən?