Öküz çaparı tamaşaçıların gözü qarşısında öldürdü

  • 21.01.2019
  • 0

Öküz arxa ayaqları ilə idmançının sinəsinə zərbə vurub.


Aznews.az xəbər verir ki, dünyanın ən güclü çaparlarından biri 25 yaşlı Meyson Lou ABŞ-ın Kolorado ştatının Denver şəhərində öküzlə çıxışı zamanı həlak olub.

Meyson öküzün belinə özünü saxlamağa çalışarkən, heyvan onu tullayıb. Arxa ayaqları ilə kovboyun sinəsinə zərbə vurub.


Çapar sinəsindən tutaraq ayağa qalmağa çalışsa da, alınmayıb. İdmançını meydandan xərəklə çıxarıblar.


Meyson Lou 7 il idi ki, rodeo ilə məşğul olurdu. Son mövsüm çıxışlarının 70 faizində qələbə əldə etmişdi.

Nə düşünürsən?