Falçı yanına gedən məşhurları efirə zəng edən şəxs ifşa etdi

  • 18.01.2019
  • 0

Azərbaycanda əsasən şou-biznes nümayəndələrinin üz tutduğu, “Allah” adlandıran Lerik sakini, cindar Məmmədsəfa yenidən gündəmə gəlib.

Dərgi.az xəbər verir ki, “Hər şey daxil” verilişinə zəng edən Lerik sakini bəzi məşhur simaların adlarını çəkərək bildirib ki, onlar cindar Məmmədsəfanın yanına gəlirlər:

“Mən Məmmədsəfanın qonşusuyam. Onun yanına çox adam gəlir. Təəssüf ki, belələrinə inananlar var. Məşhurlardan onun yanına gələnlər çoxdur, məsələn, Elnarə Abdullayeva, Xoşqədəm Hidayətqızı, Manaf Ağayev, Namiq Qaraçuxurlu və Mətanət Əsədovanın adını deyə bilərəm. Bəzilərini mən görməmişəm, amma kənd camaat danışıb”.

Bundan sonra efirə telefon zəngi ilə bağlanan Manaf Ağayev çox qəzəblənib. M.Ağayev həmin şəxsin dediklərini inkar edib: “O adam ya efirə gəlsin, ya telefonla bağlansın və mənim orada olduğumu sübut eləsin”.

Qeyd edək ki, ifaçı bir müddət öncə bildirmişdi ki, kişi falçı yanına getməz: “Mən öz qandığım, bildiyim kimi danışacam. Öz fikrimi deyəcəm, bəlkə də kimlərsə başqa cür başa düşəcək.

Ümumiyyətlə kişi deyilən şəxs falçıya getməz. Bu mənə gülməli gəlir. Mən boyda kişi falçı yanına getsin ki, filan işim necə oldu? O fala baxan ilk öncə öz işinə baxsın. O iş qadın üçündür. Mən ömür boyu baxıcı yanına getməmişəm. Ola bilər ki, evdə xanımlardan kimsə gedib, amma mən yox. Ola bilər, falçı düz desin, amma mən elə şeyə inanmıram. İnandığım bir tək şey göz-nəzərdir. Nəfsə inanıram, bir də Allaha”.

Nə düşünürsən?