İşıqforda dəhşət — Yük maşını motosikletləri əzdi

  • 15.01.2019
  • 0

Vyetnamda dəhşətli yol qəzası baş verib.

“Ölkə.Az” xəbər verir ki, əyləc sistemi sıradan çıxan yük maşını dəhşətə səbəb olub. İşıqforun qırmızı işığında dayanan motosikletlər yük maşının altında əziliblər.

İnsident nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Qəzaya səbəb olan yük maşınının sürücüsü hadisə yerindən qaçıb. Amma polisin keçirdiyi əməliyyat nəticəsində onu həbs ediblər.