ABŞ-da 22 dollara görə türkü öldürdülər

  • 15.01.2019
  • 0

59 yaşlı kişi 22 dollara görə öldürülüb.

 

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ABŞ-ın Nyu-York şəhərində baş verib.

 

Yanacaqdoldurma stansiyasında işləyən Türkiyə əsilli Camal Dağdevirən benzin pulunu vermək istəməyən şəxsə mane olmaq istəyib. Səhər saatlarında avtomobilinə benzin dolduran şəxs 22 dollar ödəniş etmək üçün saxta bank kartı verib. Terminalda kartın işləmədiyini görən C.Dağdevirən həmin şəxsi saxlamaq üçün onun maşınının qarşısını kəsib. Yaşı təqribən 30 civarında olan həmin şəxs dayanmayıb və işçini maşınla vuraraq aradan çıxıb. Yaralanmış Camal xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Nə düşünürsən?