Gimnast elə hərəkətlər etdi ki...

  • 15.01.2019
  • 0

Onun aktobatik şousunu qışqırıqlarla izləyiblər

Amerikalı gimnast etdiyi hərəkətləri ilə hər kəsi heyrətə salıb. İstiPress-in məlumatına görə, Ketlin Ohaşi "Under Armour 2019 Collegiate Challenge" turnerində çıxış edib. Gənc qız akrobatik hərəkətləri Maykl Ceksonun ifasının müşayiəti ilə edib.

Kaliforniya universitetinin tələbəsi çıxışına görə müsiflərdən maksimal bal ala bilib. Ketlin ən çətin akrobatik hərəkətləri belə çox asanlıqla edib - o havada bir neçə dövrə vurub, göydə tullanaraq şpaqat açıb. Bütün proqramı isə zaldakılar qışqıraraq izləyiblər. 

Artıq gimnastın görüntülərini internetdə 30 milyona yaxın insan izləyib. 

Nə düşünürsən?