Xəyalədən "Maşın"la bağlı son açıqlama

  • 10.01.2019
  • 0

Aparıcı-aktrisa Xəyalə Quliyeva "Maşın" şouda qazandığı avtomobillə bağlı paylaşım edib.


Axşam.az xəbər verir ki, adı çəkilən yarışmanın qalibi olan Xəyalə maşını götürəcəyi tarixi də açıqlayıb:


"Maşını qazandım, bəli. Bayram günlərinə düşdü, sonra sənədləşməyə görə gecikdi, sonra özümün başqa işlərim oldu. Bu səbəbdən maşını hələ götürə bilməmişəm. Amma, bu o demək deyil ki, verməyəcəklər. Sabah maşını götürəcəm. Götürən kimi də çəkib paylaşacam".


Qeyd edək ki, şou dekabrın 31-də başa çatıb və qalib elan olunub. 17-ci buraxılışda Ranar Musayevlə Xəyalə finala qalmışdı.

Nə düşünürsən?