Ermənilərə Qazaxıstanı qarışdırmaq sifarişi - Restoran davası etnik müstəviyə keçdi

  • 09.01.2019
  • 0

Qazaxıstanın Karakanda şəhərində  23 yaşlı Den Tenisin qətlə yetirilməsindən sonra  qazaxlarla ermənilər arasında yaranmış qarşıdurma milli müstəviyə keçib.

Cebhe.info-nun məlumatına görə,  artıq ermənilərin Qazaxıstandan qovulması tələbi ilə anonim müraciət yayılıb. Adı çəkilməyən bir nəfər qazaxın adından yayılan tələblər  belə qeyd edilib:

Salam. Mən Qazaxam. Bu mənim vətənimdir!

Tələblər

1. Bütün erməni diasporası Qazaxıstanı tərk etməlidir. 30 gün müddətində, bütün ölkə ərazisində, kiçikdən böyüyə qədər. Yalnız qarışıq olanlar qala bilər. 

2. Günahkarlar cəzalandırılsın. Restoran bağlanılsın, binası uşaq evinə, yaşayış evləri ahıllara və əlillərə verilsin.

3. Bütün xərclər ödənilsin. 

4. Qazaxıstan Xalqlar Assambleyası, Qazaxıstan ərazisində yaşayan digər diasporalara da çatdırılsın. Siz qazaxların əzəli  torpaqlarında yaşayırsınız. Bu torpaqlar qanla və sonra qazax əcdadlarımız tərəfindən suvarılıb. Bizim əcdadlarımız  özləri üçün çətin olan bir dövrdə sizə  qan veriblər. Ona görə yox ki, siz bizim uşaqlarımızı öldürəsiniz.   Bizim adət və ənənlərimizə hörmət edin. 

5. Hakimiyyət rəsmiləri və ictimai xadimlər. Qanunvericilik səviyyəsində yerli əhaliyə, yəni qazaxlara  şərait yaradın. 

6. Ermənilər hörmətdən düşüb. Bu məqsədlə bizim evimiz  Qazaxıstanı tərk etsinlər. Başqalarına ibrət olmaq üçün ermənilər cəzalandırılsın. 

Nə düşünürsən?