​"Kim olur olsun, satacaqdıq" - Əvvəllər də məhkum olan peşman oğru

  • 09.01.2019
  • 0

Şəmkirdə gənc yeniyetməni özünə cinayət ortağı edərək silsilə oğurluqlar törədib.

Metbuat.az xəbər verir ki, şəxslər bir ay ərzində 3 mağazanı və bir neçə avtomobili qarət ediblər. Sonda məsuliyyətdən yayına bilməyiblər.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkumluq yaşamış rayon sakini 22 yaşlı Mətləb Həsənov saxlanılıb. Ətrafında aparılan araşdırmalar zamanı müəyən edilib ki, Həsənov ötən ilin dekabr ayının əvvəllərindən rayonun müxtəlif ərazilərində silsilə oğurluqlar törədib. Yeniyetməni də əməlinə ortaq edərək mağazalar, iaşə obyektləri və avtomobillərə qənim kəsilib. Onlar pul, spirtli içki, tütün məmulatları, televizor və digər əşyaları oğurlayıblar.

Mətləb Həsənovun oğurladığı tütün məmulatlarının bir qismi yaşadığı evin zirzəmisindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs oğurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində tanımadıqları şəxsə satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf edib.

Nə düşünürsən?