VAR qolu saydı, hakim sevindi

  • 09.01.2019
  • 0

İspaniya La Liqasının 13-cü turunda keçirilən "Eybar" - "Real" oyunu ilə bağlı şok video yayılıb.

Qol.az xəbər verir ki, videogörüntünü "Real" klubu yayıb. Videoda Madrid klubunun məğlub olduğu (0:3) qarşılaşma zamanı videotəkrara baxan referilərin "Eybarın" qoluna sevindiyi görünür.

Maraqlıdır ki, sözügedən oyunda VAR hakimi olan Manuel Montero La Liqanın 18-ci turunda "Real" - "Real Sosyedad" (0:2) görüşündə də iş başında olub. Həmin matçda isə "Real"ın iki penaltisi verilməyib.

Qeyd edək ki, "Real" "Real Sosyedad"la oyunda hakim idarəçiliyindən narazı qaldığı üçün İspaniya Futbol Federasiyasına bununla bağlı şikayət edib.

Nə düşünürsən?