Tramp xalqa səsləndi: Meksika divarı bəhrəsini verəcək

09.01.2019 | 25 | 0

"Miqrantların iştirakı ilə çoxlu sayda ölümlər olur".


ABŞ prezidenti Donald Tramp xalqa video müraciət edib. O, Meksika ilə sərhəddə nəzərdə tutulan divarın tikintisinə pul ayırmaq üçün Konqresdə müzakirəyə çıxarılacaq qanun layihəsinin demokratlar tərəfindən dəstəklənməyi haqda danışıb.


Müraciət Ağ Evin saytında yerləşdirilib.


Tramp çıxışına qeyri-qanuni miqrasiyadan başlayıb və bildirib ki, miqrantların iştirakı ilə çoxlu sayda ölümlər olur, sərhəddən isə gizli yollarla narkotika ölkəyə gətirilir: "Bu baxımdan Meksika ilə sərhəddə divarın tikilməsi öz bəhrəsini verəcək. İl ərzində ABŞ-a gətirilən narkotikanın qiyməti 500 milyard dolları üstələyib. Divarın tikintisi üçün isə Konqresdən 5.7 milyard dollar istənilib.

Nə düşünürsən?