Sabah bu ərazilərdə işıq olmayacaq

  • 08.01.2019
  • 0

Yanvarın 9-u saat 10:00-dan 14:30-a qədər Mehdiabad və Saray qəsəbələrinin bəzi ərazilərində, Qurd Dərəsi, Corat bağlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən daxil olan məlumata görə, buna səbəb Bağlar ETSİ-nin 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxan Mehdiabad-1,2 EVX-də və 35/6 kV-luq 143 saylı yarımstansiyada aparılan təmir işləridir.

Nə düşünürsən?