Gənc oğlan lotoreyadan 200 min avro uddu

  • 07.01.2019
  • 0

"Mən bilmirəm bu pulla nə edəcəm".

İspaniyada ənənəvi lotereya oyununun qalibi 10 il əvvəl Rumıniyadan Barselonaya gəlmiş 15 yaşlı oğlan olub.

Yeniyetmə ona külli miqdarda pul qazandıran lotereya biletini oyundan 1 gün əvvəl alıb. "Mən bilmirəm bu pulla nə edəcəm. Ola bilsin, yeni mobil telefon alım və ya pulu kiçik mənzilə (mənzil alım-red) qoyum", - deyə o etiraf edib.

Hər ilin 6 yanvarında İspaniyada ən məşhur lotereyalardan biri keçirilir. Onun keçirilməsi tarixi ölkədə qeyd edilən Xaçı suyuna salınma bayramı ilə üst-üstə düşür.

Daha əvvəl Kanada sakini "Milad" cekpotunda 44 milyon dollar qazanıb. (report)

Nə düşünürsən?