Tolik “AzəriQaz”ı qınayıb

  • 04.01.2019
  • 0

“Belə getsə, xəstələnib efirə çıxa bilməyəcəyəm. Evim buzxanadır”.

Minval.info xəbər verir ki, “Hər şey daxil” proqramının aparıcısı Tarix Əliyev yaşadığı mənzilə təbii qazın verilməməsindən narazılığını dilə gətirib.

O, efir zamanı problemin həll olunması üçün müvafiq addımların atılmasını xahiş edib:

“Qaz yoxdur, iki dənə kondisioner işləyir. Nərimanov rayonu, Gülağa Qədirbəyov küçəsi 14,16,18. Mən də insanam, çimib yatıram, səhər durub belə səslə tamaşaçıların qarşısına çıxmaq olmur”.

T.Əliyev bildirib ki, yaşadıqları ünvanda hər şey qaydasındadır, amma qaz problemi qalmaqdadır:

“Vallah artıq soyuqdan bilmirəm neyləyim. Əslində, binamızda hər şey yaxşıdır. Asfalt salınıb, su, işıq var. İndi qazın xəttin çəkdilər hər şey hazırdır. Amma indi mən haradan bu 205 mənzilin sahibini tapım ki, hamısı sayğac alıb qoysun və qaz verilsin!? Binada 100-ə yaxın ailə var, qalmışıq qazsız, soyuğun günündə. O birilər də ev alıblar, amma yaşamırlar, mən camaatı necə məcbur edim ki, gəl sayğac al, quraşdır. Bu nə qanundur “Azəriqaz” çıxardıb? Yaşayışı olanlara qazı ver, olmayanlar qalsın. Mən neçə il gözləyim binaya hamı köçsün”

Nə düşünürsən?