Yeni ildə bahalaşan məhsullar

  • 03.01.2019
  • 0

Yanvarın ilk günləri Azərbaycan əhalisi üçün qiymət artımları ilə yadda qaldı. Məlum oldu ki, quzu ətinin qiymətində bahalaşma qeydə alınıb. Kiloqramı 12-12,5 manat olan quzu ətinin qiyməti 14 manata yüksəlib.

Maraqlıdır ki, satıcılar qiymətlərin 1 aya yaxındır qalxdığını deyirlər. Onlar artımın başlıca səbəbi kimi bu aylarda yaşanan quzu qıtlığını göstərirlər. Bildirirlər ki, tələb çox olduğundan bölgələrdə əmlik quzu tapmaq sözün əsl mənasında müşkülə çevrilib.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, nazirlik ətin qiymətinin müəyyən edilməsində iştirak etmir. O ki qaldı bölgələrdə yaşanan quzu qıtlığına, nazirlik bunu əsaslı hesab eləmir. Bildirilir ki, satıcılar bayramqabağı tələbatın artdığını görüb qiymətləri qaldırıblar(XəzərXəbər).

Nə düşünürsən?