Bakıda yaşlı kişi özünü “07”nin qabağına belə atdı

  • 01.11.2017
  • 0

Bakıda İzmir parkının qarşısında “VAZ-2107” markalı avtomobil yaşlı kişini vurub. Qəza anı Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” kamerasi tərəfindən qeydə alınıb. Oxu.Az avtosfer.az-a istinadən xəbər verir ki, qəza günün qaranlıq vaxtında, keçid olmayan ərazidə baş verir. Yaşlı kişi əvvəlcə yolun ortasında – qoşa xəttin üstündə dayanır. Sonra isə qəfil qaçmağa başlayır. Bu zaman üzərində taksi nişanı olan “VAZ-2107” onu vurur. Sürücü ayıq tərpənərək dərhal avtomobilini dayandırır və piyadanı nəqliyyat vasitəsinə mindirərək oradan uzaqlaşır.

Nə düşünürsən?