Qaxda ağaca çırpılan avtomobil yanıb

  • 27.12.2018
  • 0

Qax rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qorağan-Qax avtomobil yolunun 10-cu kilometrliyində, rayonun Əmircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax rayounun Marsan kənd sakini, 1957-ci il təvəllüdlü Şahid Məmməd oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı, 34 BG 067 dövlət qeydiyyat nişanlı avtomobillə Qax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı qoz ağacına çırpılıb. Zərbənin gücündən avtomobil yanmağa başlayıb. Nəticədə avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb. 61 yaşlı sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?