Yol polislərinə son model avtomobillər veriləcək

  • 26.12.2018
  • 0

Yol polislərinə son model xidməti avtomobillər veriləcək.

Xezerxeber.az-ın məlumatına görə, "Mercedes" markalı yeni model avtomobillər bir çox xüsusiyyətləri ilə əvvəlkilərdən fərqlənir. Alınan 118 avtomobilin hamısında yeni ''İ-Patrul'' sistemi quraşdırılıb. Bu sistem texniki xüsusiyyətlərinə görə əvvəlkilərdən xeyli fərqlənir. Yol Patrul Xidməti avtomobilinin dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malik olan sistem ətrafı 360 dərəcə əhatə edən 9 videonəzarət kamerası ilə təchiz olunub. Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan "Radar" quraşdırılıb.

Ekspert Elməddin Muradlı deyir ki, yeni gətirilən avtomobillərdə yan istiqamətlərdə ''Nömrətanıma'' və GPS modulu var. Sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir. Yol Patrul Xidməti avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları mərkəzi serverdə arxivləşdirir.

Elməddin Muradlının sözlərinə görə, yeni patrul avtomobilləri oğurluq və ya qaçrılmış avtomobilləri də tez bir zamanda aşkar edəcək.

Eksper deyir ki, ilk dəfə bu cür avtomobillər Avstriyada yol polisinə verilib. İkinci partiya isə Azərbaycana gətirilib ki, həmin patrul avtomobilləri yaxın vaxtlarda paytaxt yol polisininin xidmətinə təqdim ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?