Almaniyada axtarışda olan şəxs Bakıda piyadanı keçiddə vurdu – 777 (2)

  • 31.10.2017
  • 0

Bu gün saat 15.30 radələrində Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində yol qəzası baş verib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, “Mercedes” markalı, 10 RA 777 dövlət nömrə nişanlı avtomobil piyada keçidi ilə yolu keçən qızı vurub. Piyada yüngül xəsarət alıb. Avtomobildən düşən sürücü və sərnişin qızı xəstəxanaya aparmaq istəsələr də, yaralı tərpənə bilmədiyini deyib və yaxınlarını hadisə yerinə çağırıb.

Nə düşünürsən?