Bakıda hələ belə evlilik təklifi olmamışdı

  • 26.12.2018
  • 0

Tanınmış fotoqraf Həmid Həmidli sevdiyi qıza qeyri-adi evlilik təklifi edib. 

BAKU.WS xəbər verir ki, Həmid sevdiyi xanımla avtomobildə yol gedərkən başqa bir avtomobil qəfildən onların yolunu kəsib.

Fotoqraf avtomobildən enib onlarla mübahisə etməyə başlayıb. Hər şeydən xəbərsiz olan Aytən adlı qız maşından düşərək onları ayırmağa çalışıb.

Bu zaman Həmid və dalaşdığı gənclər gülümsəyiblər. Əvvəlcədən qurulmuş senariyə uyğun olaraq mübahisə etdiyi gənclərdən biri avtomobilində gətirdiyi ürək görüntülü şarları Həmidə verib. O, gözlənilmədən diz çökərək qıza evlilik təklifi edib.

Nə baş verdiyini gec anlayan gənc qız əvvəlcə özünü itirsə də, sonda "hə" cavabını verib. BAKU.WS kollektivi adından dostumuz Həmidi bu münasibətlə təbrik edirik. 

Nə düşünürsən?