Bakının mərkəzində sürücülərin qarşısına dana çıxdı

  • 19.12.2018
  • 0

Bakının mərkəzi yolunda dana peyda olub. Avtosfer.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb. Azadlıq meydanında qaçan dana yolun hərəkət hissəsinə çıxıb. Sahibləri onun qarşısını kəsib tutmağa çalışsa da, bu, mümkün olmayıb. Uzun məsafəni maşınların arasıyla qaçan dananı tutumaq xeyli vaxt aparıb. Məlumata görə, kəsim yerinə aparılan dananı maşından düşürərkən ip qırılıb və heyvan yola qaçıb. Dananı Bakı küçələrində qovan sahibləri 2 saatdan sonra buna müvəffəq olublar.
Avtosfer.az həmin görüntüləri təqdim edir: