"Bu oyunda nə xanımlıq qalır, nə cənablıq" - Vasif

  • 15.12.2018
  • 0

Rusiyadan Azərbaycana uçan Xalq artisti Emin Ağalarov təyyarədə gözlənilməz hadisə ilə rastlaşıb. BAKU.WS-in məlumatına görə, təyyarə bələdçiləri 12 dekabrda 39 yaşı tamam olan Emin üçün sürpriz hazırlayıblar. Onlar təyyarədə “Happy birthday” mahnısını oxuyaraq Ağalarovu doğum günü münasibəti ilə təbrik ediblər. Emin göstərilən diqqətə görə hər kəsə öz təşəkkürünü bildirib/ Sözügedən görüntüləri Xalq artisti rəsmi "Instagram" hesabında paylaşıb və bunları qeyd edib: "Azərbaycan Hava Yollarının komandasından belə təsirli təbrik almaq çox xoşdur". +++ Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş "Arsenal” – "Qarabağ” matçının sonunda ermənilərin təxribatı ilə bağlı tanınmış müğənni Xatirə İslam sosial şəbəkə hesabında paylaşım edib: "Qarabağın yalançı bayrağına bürünüb meydançada meymunluq edən erməniyə cuman təkcə 1 kişi oldu - o da bizim Rəşad Sadıqov. Maraqlıdır, görəsən orda təkcə azərbaycanlı olan Rəşad idi? Əziz və hörmətli oğlanlar, kişilər, söhbət təkcə bu məsələdə deyil, ümumiyyətlə, bir az ciyərli olun, ürəkli olun. Adam döyər də, döyülər də... Əsas odur ki, cəhd edin, cumun". +++ "Maşın" realiti-şousunun 17-ci buraxılışı ötən gün start götürüb. Axşam.az-ın məlumatına görə, açılış mərasimində bu günə kimi oyuna qatılan iştirakçılar yer alıblar. Onlardan biri də müğənni Xatun Əliyeva olub. İfaçı aparıcı, xalq artisti Murad Dadaşov Xatundan oyunla bağlı fikirlərini soruşub. Sənətçinin açıqlaması isə hər kəsi təəccübləndirib. Belə ki, Xatun ötən şounun qalibi müğənni Roza Zərgərliyə söz atıb. İfaçı "Roza Zərgərli ilə eyni oyuna heç vaxt gəlmərəm. Mən ondan qorxuram" sözlərini deyib. +++ Əməkdar artist Vasif Məhərrəmli "Maşın" şounun iştirakçıları haqda gözlənilməz açıqlama verib Axşam.az-ın məlumatına görə, oyunun açılış gecəsinə qatılan müğənni bu dəfə də xalq artisti, layihənin rəhbəri Murad dadaşovdan dəvət aldığını bildirib: "Mən də neçə dəfə dəvət olunmuşam. Hətta bu dəfə şəxsən Murad Dadaşov özü zəng vurub dəvət edib. İşim olduğu üçün gələ bilmədim. Əgər işim olmasaydı, gəlib iştirak edəcəkdim. "Maşın"da hər zaman xanımlar və cənablar var. Təəssüf ki, oyun başlayandan üç gün sonra nə xanımlarda xanımlıq, nə cənablarda cənablıq qalır" +++ Aktrisa Pərvin Abıyeva yenə paylaşımı ilə gündəm olub. Axşam.az xəbər verir ki, Pərvin hazırda "Maşın şou"da iştirak edən həmkarı Nərgiz Əliyevanın şəklini İnstaqram hesabında yerləşdirərək atmacalı şərh yazıb: "Mənim gözəlim, mənim favoritim, mənim nömrə birim. Sona qədər dəstəyəm, amma bir şərtlə ki, indi çıxdığın insanın yanında durma. Özünə yaraşan insanların yanında dur". +++ Çirkin həyat yoxdur... O həyatı çirkinləşdirən insanlar var...". BiG.AZ xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli sosial şəbəkədə yazıb. O, insanlara məsləhətlər verib: "Kimi hirsindən, kimi kompleksindən, kimi də cahilliyindən edər bunu. Amma rahat yaşamağı artıq öyrənin. Rahat olun, həyatınızı yaşayın, çirkinliklərdən uzaqlaşın. Bunlardan uzaq olsanız, ömrünüzü uzadacaqsınız". +++ Prodüser Tarix Əliyev aparıcı Sərxan Kərəmoğluna söz atıb. Axşam.az-ın məlumatına görə, o, ötən gün "Maşın" şounu tərk edən Oqtay Kamilin görüntüsünü paylaşaraq, onu oyundan uzaqlaşdıran Sərxana söz atıb: "Oqtay, əsas odur ki, sən sözün əsl mənasında kişisən. Mənim də yanımda çoxlarının günahı var. Vay o günə ki, mən danışım. Nazilə Səfərli, bax, "Maşın" 17 günə qurtaracaq. O adını bilməznən dost olsan, bayırda məni tanıma. Oyun qurtarandan sonra it dəftərində adı olmayacaq insanlar gərək hörmət qazansınlar. Amma gendə var". +++ ARB TV-nin “Səhər-səhər” verlişininin növbəti qonağı müğənni Niyam Salami olub. BAKU.WS-in məlumatına görə, sənətçi son zamanlar danışıdığı oğlu barəsində geniş açıqlama verib: “Uşağım varımdır... Daha 80 dənə uşağı hara törəyirəm? Varım, dövlətim hamısı onundur. Mən öləndən sonra, kef eləsin, dağıtsın. Gəlin açıq danışaq. Oğlum deyəndə ki, qardaşımın uşağıdır, elə bil öz balamdır. Yoxsa indi gəl, 40 yaşından sonra evlən. Baldız qayınana söhbətləri, o, onu niyə dedi, bu bunu niyə söylədi. Güc-bəla ilə Suraxanıda sakit başla söyüd ağacının altında oturub, ölümümü gözləyirəm”.

Nə düşünürsən?