Hər il ata olan 72 yaşlı kişidən İLGİNC SÖZLƏR: "Nə qədər canımda can var..."

  • 14.12.2018
  • 0

72 yaşlı azərbaycanlı kişi haqqında yayılan video sosial şəbəkələri bir-birinə vurub. Ağsaqqal kişi həyatda olduğu müddətdə hər il uşaq dünyaya gətirəcəyini bildirib: "Hər il bir uşağım dünyaya gəlir. Yorulmuram. Nə qədər canımda can var, uşağım olsun istəyirəm". Bundan əlavə o, gəlin-qaynana münasibətindən danışıb: "Heç bir kişi anasına hörmət edən qadını qəbul etməz. Şəxsən mən özümü öldürərəm amma anamı arvadın ayağına vermərəm. Onunla heç qarşı-qarşıya oturub çay belə içmərəm. Lap dünya maralı da olsa əsla anamı arvadın ayağına vermərəm. Arvadın öz çərçivəsi var. O, çərçivədən çıxmamalıdır. Anaya nəvaziş göstərmək oğulun borcudur. Lap bir gün belə yaşasa da ona hörmət etməlidir”.

Nə düşünürsən?