Huesca 0-1 Real Madrid

  • 10.12.2018
  • 0

İspaniya La Liqasında 15-ci turun daha 4 oyunu keçirilib.

Səfərdə "Hueska"nın qonağı olan "Real" rəqibini minimal hesabla məğlub edib. Qaret Beylin 8-ci dəqiqədə vurduğu qol madridlilərə qələbə qazandırıb. Bu nəticədən sonra xallarının sayını 26-ya çatdıran "kral klubu" 4-cü pilləyə yüksəlib. Onları lider "Barselona"dan 5 xal ayırır. Hərəyə 28 xal toplayan "Sevilya" və "Atletiko" klubları isə müvafiq olaraq, 3-4-cü yerləri bölüşürlər.

"Eybar" - "Levante" matçında qapılara 8 qol vurulsa da, qalib müəyyənləşməyib. "Valyadolid" səfərdə "Real Sosyedad"a 2:1 hesabı ilə qalib. "Betis" isə evdə "Rayo Valyekano"nu 2 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, tura sabah keçiriləcək "Atletik" - "Jirona" görüşü ilə yekun vurulacaq.

Nə düşünürsən?