Şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi davam edir

08.12.2018 | 20 | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmənin verilməsi prosesi ilə bağlı arayış hazırlayıb. Siyahıya əsasən, vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 9531 nəfərdir. Hazırda onların 1509 vərəsəsinə ödənişlər edilir, digərləri ilə bağlı qərarların verilməsi prosesi də davam edir.

Şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi davam edir.

Dekabrın 7-ə olan məlumata görə, müvafiq komissiya tərəfindən müxtəlif dövrlərdə 750 şəhidin 1035 vərəsəsinə ödənişlərin edilməsi barədə qərar qəbul olunub. Artıq onlardan 824 vərəsəyə ödəniş edilib.. Onlardan 350 vərəsənin bank hesabına vəsait artıq köçürülüb. Eyni zamanda, 473 şəhidin 474 vərəsəsinə məhkəmə qərarı əsasında ödəniş edilib.

Birdəfəlik ödənişlərin verilməsi həssaslıqla yerinə yetirilir. Paytaxtda yaşayan bu qəbildən ailələrdən biri olan Alıyevlər artıq müvafiq ödənişi alıblar.

Proses bölgələrdə də icra olunmaqdadır.

Ümumilikdə isə hazırda 1223 şəhid üzrə 1509 vərəsəyə dair qərarlar verilməklə ödənişlər həyata keçirilməkdədir. Birdəfəlik ödənişlərin edilməsi üçün 2018-ci il üzrə 58 milyon manat, 2019-cu il üzrə isə 50 milyon manat maliyyə vəsaiti ayrılıb. Siyahılara əsasən, vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı isə 9531 nəfər müəyyənləşib...

Nə düşünürsən?