Avtomobil yük maşınına çırpıldı: ölən və yaralılar var

2 gün əvvəl 20:05 | 25 | 0

Avtomobilin yük maşınına çırpılması ölümlə nəticələnib..

Hadisə Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində olub. Magistral yolda sürət həddini aşan sürücüsükana hakimiyyətiitirərək, yük maşınına arxadan çırpılıb. Qəza zamanıavtomobildə olan Zaur Nəsibov dünyasını dəyişib, digər 3 nəfər - 26 yaşlı Orxan Həsənov, 33 yaşlı HabilQəhrəmanov və 22 yaşlı SəbuhiBəkirov ağır bədən xəsarətləri alıb. Onlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara davam etdirilir.

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində isə 119 saylı marşrut avtobusu aşıb. Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə polis əməkdaşları ,xilasedicilər və 10-a yaxın Təcili Tibbi Yardım briqadası cəlb olunub. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Yaralılardan 1 nəfərin vəziyyətinin ağır oldugu bildirilir.

Nə düşünürsən?