"Elza, çaşma, gör kimə sataşırsan"- Nazpərinin bacısı hədələdi

07.12.2018 | 3 438 | 0

ARB TV-nin "Səhər-Səhər” verlişininin növbəti qonağı xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva olub.
AZXEBER.COM-un məlumatına görə, Z.Dostəliyeva əməkdar artist Elza Seyidcahana sərt sözlər ünvanlayıb:
"Onu demək istəyirəm ki, Elza, çaşma. Sən biz bacılara qarşı çaşma. Kimə nə atırsansa, bax gör, kimə atırsan. Sən onu bil ki, Nazpəri xanım öz etikasını, mədəniyyətini orada qoruyub durdu. Düzdür, sən adamlar göndərirsən, çatdırırsan ki, qorxursan, onunla danışmaq istəyirsən, amma razılıq olmadı. Səninlə o söhbət bağlandı. Sən İlhamə xanımın yolunu gedə bilməzsən. İlhamə xanım kimə nə deyirdisə, bilib deyirdi. Sən gör kimə ilişirsən. Olmaz. Bax gör, kimin şəklini cırırsan, kimə sataşırsan”.
Qeyd edək ki, "Azərbaycanın səsi"ndə xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanmışdı. E.Seyidcahan yarışmada tələbələrinin adını çəkməyən Dostəliyevaya sərt reaksiya vermişdi.

Nə düşünürsən?