Azərbaycanda toy yanğına görə yarımçıq qalıb

  • 03.12.2018
  • 0

Bəy evinin həyətində başlayan yanğın toyun yarımçıq qalmasına səbəb olub. Yeniavaz.com xəbər verir ki, hadisə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində baş verib. Şahidlərin bildirdiklərinə görə, yanğın həyətdəki tövlədə başlayıb. Kənd sakinləri alovu söndürməyə çalışsalar da, alov ot bağlamalarına keçdiyindən qısa müddətə daha da güclənib. Kənd sakinlərinin dediyinə görə, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadasına məlumat verilib, ancaq onlar yanğın yerinə bir qədər gec gəldiklərindən tikiliyə xeyli ziyan dəyib. Yanğının baş vermə səbəbi ilə bağlı bir neçə ehtimal var. Hadisə ilə bağlı araşdırma aparılır.

Nə düşünürsən?