Azərbaycan himnini fitə basdılar

  • 21.11.2018
  • 0

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində qrup mərhələsinin sonuncu oyununu keçirir.

Oxu.Az-ın məlumatına görə, D liqasının üçüncü qrupunda yer alan Qurban Qurbanovun yetirmələri səfərdə Kosovo millisinin qonağıdır.

Oyundan əvvəl ənənəvi olaraq hər iki ölkənin himni səsləndirilib.

Priştinadakı “Fadil Vokrri” stadionunda toplaşan Kosovo azarkeşləri Azərbaycan himnini fitə basıblar.

Xatırladaq ki, Azərbaycan Kosovonu müstəqil dövlət kimi tanımır.

Qeyd edək ki, ilk hissədən sonra Kosovo millisinin minimal üstünlüyü var. Yeganə qolu matçın ikinci dəqiqəsində Arber Zeneli vurub.

Nə düşünürsən?