İşlənmiş avtomobillərdə hava yastıqları problemi

10.11.2018 | 11 | 0

Avtomobillərin təhlükəsizlik yastıqlarının işləyib-işləmədiyini müəyyənləşdirmək çətin olduğundan maşın satanlar adətən məhz bu məsələdə alıcıları aldadırlar.

Xezerxeber.az-ın məlumatına görə, bu vəziyyət işlənmiş avtomobil bazarında xüsusilə aktualdır. Bəzən vətəndaşlar aldıqları avtomobili ustada yoxlatdırdıqda məlum olur ki, hava yastıqları ya işlək vəziyyətdə deyil, ya da ki, ümumiyyətlə yoxdur.

Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, təcrübədə dəfələrlə olub ki, təmir məqsədilə gətirilən maşının şüşə hissəsini düzəldən zaman avtomobildə hava yastıqlarının olmadığını görüb. Halbuki sürücü avtomobili alarkən ona hava yastıqlarının qaydasında olduğu bildirilib. Üstəlik, bu elə problemdir ki, onu diaqnostika ilə müəyyənləşdirmək də mümkün deyil.

Sahil Ağabəyli deyir ki, hava yastıqları avtomobilin bahalı detalı olduğundan bu, həmin maşının qiymətinə də təsir etməlidir. Həmçinin hava yastıqları təhlükəsizliklə bağlı ehtiyat hissəsi olduğundan sürücülər bu məsələyə xüsusi əhəmiyyət verməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?