Azərbaycanda nazirliyə yeni təyinat oldu

10.11.2018 | 229 | 0

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı nazirliyinə yeni təyinat olub.

Yenicag.az xəbər verir ki, təyinatla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən Fikrət Həsənov Naxçıvan kənd təsərrüfatı nazirinin müavini – Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin baş direktoru təyin edilib.

Qeyd edək ki, Ali Məclis sədrinin 28 iyun tarixli fərmanı ilə Naxçıvan kənd təsərrüfatı nazirinin müavini və Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru vəzifəsini tutan Surxay Baramov kənd təsərrüfatı naziri təyin edilib.

Video: Sahil Tv

Nə düşünürsən?