Səbuhi Xanlarov Əlixan Rəcəbovu "yıxıb sürüdü": "Bir güzgüdə özünə bax..."

  • 10.11.2018
  • 0

Bu gün məşhur videoblogger Əlixan Rəcəbov Rusiyada yaşayan azərbaycanlı həmkarı Hüseyn Həsənovun pərəstişkarları ilə Bakıdakı izdihamlı görüşünü sərt şəkildə tənqid etmişdi. Belə ki, o, Hüseynin görüşünə gedən insanları sürü, onun özünü isə çoban adlandırmışdı. Bunun ardınca isə daha bir məşhur vayner Səbuhi Xanlaroğlu Əlixan Rəcəbovu tənqid atəşinə tutub. Xanlarov Rəcəbovu sərt şəkildə tənqid edərək, onun bu hərəkətini ayıb adlandırıb: "Ayıbdır, bir güzgüdə özünə bax sonra danış. Sən guya ki, Mirzə Ələkbər Sabirsən. Hamını tənqid edirsən, ancaq özündən xəbərin yoxdur. Sən də bizim içimizdəsən, "sürü" dediyin insanların arasındasan. Niyə belə sözlər deyirsən? Ayıbdır, ayıb"

Nə düşünürsən?