Namaz qılmağa hazırlaşan kişini məsciddə güllələdilər

09.11.2018 | 193 | 0

Cənazə namazına gedən kişini məscidin həyətində güllələyiblər. Milli.Az haberler-ə istinadla xəbər verir ki, Türkiyənin Giresun vilayətindəki məsciddə silahlı şəxs namaz qılmağa hazırlaşan kişiyə hücum edib. Hakan Aycı adlı kişi cənazə namazı qılmaq üçün məscidin həyətinə girən Faik Sinirlioğluya atəş açıb. Faik Sinirlioğlu iməkləyərək qaçmağa çalışsa da, dünyasını dəyişib.

Nə düşünürsən?