Xoşqədəm sosial şəbəkədə Doğuş haqda şok sözlər yazdı

  • 11.10.2018
  • 1

Teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə həyat yoldaşı Doğuşun keçmişindən yazıb. BiG.AZ xəbər verir ki, Vətəndə olmayan aparıcı xanım dünən yayılan "Çörək oğurlayan uşaq həbs olundu" xəbərindən təsirlənib. Təəssüratlarını bölüşən X. Hidayətqızı qeyd edib: "Doğuşun həyat hekayəsini xatırladım. İstanbulda həmin məkandan keçərkən mənə yaşadıqlarını danışmışdı. Günlərlə ac qalıb, sonra ac qalmamaq üçün parkda anasının yanında gəzən bir uşağın əlindən simiti alıb qaçır. Polis uşağın anasının şikayət edəcəyini gözləyir. Tam əksinə, qadın ağlayaraq: "Ona toxunmayın, o ki mənim çantamı oğurlamadı, ac qalmamaq üçün simiti aldı", - deyir. Polis nə edib? Doğuşa: "Ac qalmamaq üçün də olsa, oğurluq etmək olmaz, bunun üçün ya çalışmalısan, ya da sənin yaşda olan uşaqlar kimi uşaq evlərində olmalısan, orada istədiyin qədər yemək var", - deyir. Polis Doğuşa pul da verir. Hətta ünvanını verir ki, ac olanda gedib ondan pul alsın, oğurluq etməsin. Polislə söhbətindən sonra anasını axtaran Doğuş qaçdığı uşaq evinə qayıtmır, özünə iş tapır. Ayaqqabı boyayaraq gündəlik çörək pulunu qazanır. O qadının göz yaşı, mərhəmət hissi, polisin onunla söhbəti... Hər halda Doğuşun həyatı həmin gün dəyişir". big az

 

Nə düşünürsən?