Putin snayperdən belə atəş açdı

  • 19.09.2018
  • 0

Rusiya prezidenti Vladimir Putin “Kalaşnikov” silah konserninin qalereyasına baş çəkib. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Putin yeni snayper tüfənginə baxıb. 

Rusiya prezidenti 600 metr məsafədən SVÇ-308 tüfəngindən hədəfə beş dəfə atəş açıb. 

Rusiyalı jurnalist Dmitri Smirnov özünün Telegram-kanalında yazıb ki, güllələrin hamısı hədəfə çatmayıb. 

Həmçinin Putinə eksperimental iki tüfəng nümunəsi göstərilib.

Nə düşünürsən?