Vaqif Cavadov qız futbolçuya məğlub oldu

  • 15.09.2018
  • 0

Dünyada məşhur olan Panna Battle (topu ayaqların altından keçirmə) oyunu ikinci dəfə Bakıda keçirilib.

Oxu.Az xəbər verir ki, budəfəki yarışda da həvəskarlarla yanaşı, peşəkarlar iştirak ediblər.

“Keşlə”nin futbolçuları  Vaqif CavadovDenis Silva KruzRuslan Nəsirli, “Neftçi”nin legionerləri – Baqaliy DaboDario Frederiko da Silva, eləcə də futzal millimizin və EKOL klubunun üzvü Samir Həmzəyevlə, 17 yaşadək millimizin sabiq üzvü Mariya Semyonovamübarizə aparıb.

Ötən yarışın qalibi olmuş millimizin sabiq üzvü Saşa Yunisoğlu və “Neftçi”nin futbolçusu Ruslan Abışov zədəli olduğu üçün turniri kənardan izləməklə kifayətlənib.

İki braziliyalı – Denis Silva və Dario Frederiko arasında keçirilən görüş, həmçinin millimizin sabiq hücumçusu Vaqif Cavadovun keçirdiyi görüşlər daha maraqlı alınıb. Vaqif Cavadov ilk görüşdə qalib gəlsə də, özündən yaşca kiçik Mariya Semyonovaya və digər iştirakçılara uduzub

Nə düşünürsən?