Deputat qızı İngiltərədə 22 milyonluq malikanə aldı

  • 05.09.2018
  • 0

Rusiya Dövlət Dumasına Tatarıstan Respublikasından deputat seçilmiş Rinat Xayrovun qızı Yelsina Surrey qraflığının cənub hissəsində yerləşən elit malikanə satın alıb.
Sfera.az xəbər verir ki, malikanənin qiyməti 22 milyon funtdur. Bu barədə "Daily Mail” qəzeti yazır. Qəzetin yazdığına görə, Tatarıstanın sabiq maliyyə naziri, hazırkı deputat qızının aldığı daşınmaz əmlakın ərazisi 3 hektar təşkil edir.
Malikanənin 10 yataq otağı, 15 vanna otağı, böyük hovuzu, spa-salonu, şərab anbarı, kinoteatrı, 6 avtomobil tutan qarajı və 1,2 hektarlıq bağçası var.
Lakin bu deputat qızının satın aldığı tək bahalı daşınmaz əmlak deyil. Malikanənin alışından öncə Yelsina, Londonda 10 milyon funta mənzil alıb.
Deputat Rinat Xayrov isə onun qızının gəlirlərinə heç bir aidiyyətinin olmadığını, onun yetkin qadın kimi biznesmenlə ərdə olduğunu bildirib.

Nə düşünürsən?