Tualetdən çıxan naməlum canlı malayziyalı ailəni qorxudub

  • 11.10.2017
  • 0

Malayziyanın Alor-Setar şəhərinin sakini evinin tualetindən naməlum canlının çıxmasını görüntüləyib. Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, hadisə 25 yaşlı fotoqraf Zul Hənifə Anipa və həyat yoldaşı evdə olarkən baş verib. “Bu çox qorxunc idi. O tualetdən çıxaraq otağa doğru sürünməyə başladı. Bədəni qalın, quyruğu qısa olan canlının uzunluğu 2 metrə yaxın idi. Fikrimcə bu ilan deyildi”, - deyə ev sahibi bildirib. Onlar canlını tutaraq yaxınlıqdakı çaya buraxıblar

Nə düşünürsən?