Xərçəngdən əziyyət çəkən Toppuş bacı evə buraxıldı

  • 07.08.2018
  • 0

Xərçəngdən əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva evə buraxılıb. BiG.AZ xəbər verir ki, bu barədə əməkdar artist özü açıqlama verib. O, sosial şəbəkədə həyat yoldaşı Röyal ilə fotosunu paylaşaraq bunları qeyd edib: “Allaha şükürlər olsun, mən artıq evimdəyəm. Xəstəxanada olanda heç vaxt görmədiyim, tanımadığım insanlar ziyarətimə gəldilər. İnşallah, yaxın günlərdə yenə də işimin başında olacam, gözəllərimin xınasını yaxacam”. Qeyd edək ki, "Toppuş bacı" uşaqlıq boyu xərçəngi diaqnozu ilə ötən həftə əməliyyat edilib.

Nə düşünürsən?