QOLAT CUP 2 / 2018

  • 02.08.2018
  • 0

“Qolat Sport Service”-in təşkil etdiyi II Qolat CUP mini futbol turnirinin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Qolat Sport Service”-in qurucusu və rəhbəri Səid Bağırov nitqinə ilk öncə qonaqları salamlayaraq başlayıb. Ardından çıxışına davam edən natiq Qolat.com haqqında , “Qolat Sport Service”-in gördüyü layihələr barəsində tədbir iştirakçılarını məlumatlandırıb. I Qolat CUP-la müqayisədə II Qolat CUP-da bir xeyli dəyişikliklərin edildiyini nümayiş etdirmək məqsədilə turnirin reqlamenti qonaqların diqqətinə çatdırılıb. Daha sonra söz alan II Qolat CUP-ın təşkilatçı kollektivi gördükləri və qarşıda duran görəcəkləri işlərdən bəhs ediblər.

Tədbir Coffee-break-dən sonra püşkatma ilə davam edib. Tam şəffaf şəraitdə keçirilən püşkatma mərasimində 32 komandanın 8 qrupda hərəsində 4 heyət olmaqla mübarizə aparacaqları turnirin mundial sistemində keçirildiyi diqqətə çatdırılıb.